00:00:00
Yazar
Admin User
30.12.2025 17:07 84 1 dəq oxuma
Siyasət

Azərbaycan və Uqanda diplomatik və xidməti pasport sahiblərini vizadan azad edəcək

Azərbaycan və Uqanda diplomatik və xidməti pasport sahiblərini vizadan azad edəcək

Milli Məclisin payız sessiyası çərçivəsində dekabrın 30-da keçiriləcək son iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Fuad Heydər bildirib ki, Azərbaycanla Uqanda arasında viza tələbinin ləğv olunması mühüm əhəmiyyət daşıyır:

 

“Bu addım Azərbaycan dövlətinin Avropa və Afrika ölkələri ilə münasibətlərində viza maneələrini mərhələli şəkildə aradan qaldırmaq siyasətinin davamıdır. Bu isə Azərbaycanın beynəlxalq miqyasda tanınma səviyyəsinin daha da yüksəlməsinə xidmət edir. Eyni zamanda, bu qərar Azərbaycan-Uqanda münasibətlərinin yeni, daha yüksək mərhələyə qədəm qoyduğunu göstərir və gələcək əməkdaşlıq üçün möhkəm əsas yaradır.

Diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin ləğvi birbaşa siyasi və diplomatik xidmət xarakteri daşıyır. Bu, iki ölkə arasında diplomatik və siyasi səfərlərin həyata keçirilməsini asanlaşdıracaq və hər hansı texniki çətinliklərin qarşısını alacaq. Ümumilikdə, bu saziş Azərbaycanın Afrika ölkələri ilə münasibətlərinin inkişafına mühüm töhfə verəcək. Bu prosesin davamı olaraq, gələcəkdə Azərbaycan ilə Avropa ölkələri arasında da viza tələblərinin aradan qaldırılması mümkündür və nəticədə Azərbaycanla Avropa arasında viza məsələləri tamamilə aradan qalxa bilər".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər