00:00:00
Yazar
Admin User
18.11.2025 18:28 100 2 dəq oxuma
Dünya

Azərbaycan və Yaponiya İKT və poçt sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Yaponiya İKT və poçt sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Yaponiya İKT və poçt xidmətləri üzrə imzalanmış Əməkdaşlıq Memorandumunun icrası üçün birgə işçi qrupunun yaradılmasına qərar verib. Məlumat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi açıqlayıb.Qərar Bakıda keçirilən “Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” seminarında elan edilib. Nazir müavini Samir Məmmədov çıxışında bildirib ki, Transxəzər fiber-optik kabel layihəsi Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək. O əlavə edib ki, genişzolaqlı internetin gücləndirilməsi, Milli Süni İntellekt Mərkəzinin yaradılması və “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkədə rəqəmsal transformasiyanı sürətləndirəcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirib ki,Transxaber Xəzər fiber-optik kabel layihəsi Azərbaycan regional-rəqəmsal mərkəzinə çevrilməsi bir sıra üstünlüklər yaradır:

 

"İlk növbədə, biz nəqliyyat sahəsində ərazimizdən keçən xətlərə çevrilmək istəyirik. Bizim bölgədə orta xətt intermodal nəqliyyat xəttidir. Burada həm dəmir yolu, həm gəmi, həm də avtomobil yolu kimi müxtəlif nəqliyyat vasitələri istifadə olunur.  

 

Eyni zamanda, Azərbaycanda neft və qaz ixrac olunur və mövcud boru kəmərləri fəaliyyət göstərir. Gələcəkdə Qazaxıstandan Xəzər vasitəsilə qaz boru kəmərinin çəkilməsi də mümkündür. Fiber-optik kabelin əlavə olunması isə məsələyə tam yeni perspektiv gətirir və bu baxımdan yanaşmaq lazımdır. İkincisi, bu transxəbər-fiber-optik kabelin ərazimizdən keçməsi bizə böyük fayda verəcək, xidmət keyfiyyəti yüksələcək və əlavə təcrübə qazanacağıq. Bu, nəqliyyat baxımından bizi tranzit ölkə kimi dünya iqtisadiyyatında daha önəmli mövqeyə gətirəcək. Dünya iqtisadiyyatı bizə etibar edir, bilir ki, burada fasilələr olmayacaq və Azərbaycan təhlükəsizliyi təmin edən ölkədir. Bu proses çərçivəsində əməkdaşlıq genişlənəcək və yüksək texnologiyaların inkişafı baş tutacaqdır. Süni intellekt yeni və perspektivli bir sahədir, amma istənilən sahə kimi, xüsusən yüksək texnologiya tələb edən və əməkdaşlıqla inkişaf edən bir sahədir. Bilirik ki, Yaponiyada bu sahədə böyük təcrübə mövcuddur və təbii ki, birgə fəaliyyət və əməkdaşlıq bizim üçün böyük əhəmiyyət kəsb edir. 

 

Yeni texnologiyaların inteqrasiyası imkanları genişləndirir, investisiya mühitini yaxşılaşdırır və ən nəhayət, süni intellektin real iqtisadiyyata tətbiqi və təkmilləşməsi bütün ölkələr üçün vacibdir. Bu baxımdan əməkdaşlıq çox önəmlidir. "2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası" düzgün bir strategiyadır. Onun istər ayrı-ayrı ölkələrlə, istər dövlətin bura investisiyası hesabına, xüsusi strategiyaların qəbul olunması hesabına ehtiyac var. Bu halda çatışmayan cəhətlər araşdırılacaq. O sahədə çalışacağıq. İnvestisiya yatıracayıq. Bu strategiya əsasında istər tədris mərkəzlərində, istər birbaşa tətbiqi, praktiki sahələr də tətbiq olunacaq. Ən azından biz dövr ilə ayaqlaşacayıq. Və bu da əhəmiyyətlidir. Gələcəkdə bu sahədə ixtisaslaşa bilsək, təbii ki, bizim dayanıqlı inkişafımızı təmin etmiş olacaq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər