Azərbaycana keçən ermənilər geri qaytarılıb
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Kaliber” erməni KİV-lərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Teğ (Dığ – red.) icmasının sakinləri – Karen Armenoviç Cangiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armenoviç Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-sı 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.