00:00:00
Yazar
Admin User
16.09.2025 17:05 109 2 dəq oxuma
Sosial

Azərbaycanda 12 illik təhsilə keçid ediləcəyi gözlənilir

Azərbaycanda 12 illik təhsilə keçid ediləcəyi gözlənilir

 

Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün davamlı yeniliklər nəzərdən keçirilir. Bunlardan biri də Azərbaycanın təhsil ocaqlarının 12 illik təhsilə keçid edilməsi ilə bağlıdır. Bu tədbir çoxşaxəli və mürəkkəb proses olsa da şagirdlərə daha geniş və dərin biliklər əldə etməyə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün daha yaxşı hazırlıq imkanı verir.

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az” a açıqlamasında bildirib ki, Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı bir neçə ildir ki təşəbbüslər var:

 

“Bu məsələ ilə bağlı geniş müzakirələr də gedib. Söhbət ondan gedir ki, bu məsələ hələ mübahisəli olaraq qalır. Çünki bəziləri hesab edir ki, artıq Azərbaycanda 12 illik təhsilə keçid prosesi başlayıb. Yəni bu bildiyimiz kimi 5-ci sinifdən hazırlıq qruplarına getməklə bağlıdır. 5-ci sinifdən artıq məktəblərə cəlb olunurlar, ora gedirlər amma bu bütünlüklə bir proqram olaraq qəbul olunmayıb.

Türkiyədə 12 illik təhsil proqramı var. Bu proqramın tətbiqi Azərbaycan üçün hansı effekti verər, necə olar? Bu Azərbaycan təhsili üçün yeni birşeydir. Təhlil olunmalı,analiz edilməli ondan sonra məsələ ilə bağlı dəqiq qərar verilməlidir.

Düşünürəm ki, bu yaxın illər üçün gözlənilmir.Çünki göründüyü kimi sadə proses deyil həmçinin də bunun üçün müəyyən proqram təminatı olmalıdır,dərsliklər hazırlanmalıdır, xüsusi mütəxəssislər işlə məşğul olmalıdırlar və.s Əvvəlcə maddi-texniki baza formalaşmalıdır ki, bu sistem qurulsun. Təəssüf olsun ki, bu hələ yoxdur”.

 

Həlimə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər