00:00:00
Yazar
Admin User
14.04.2025 09:19 208 1 dəq oxuma
Siyasət

Azərbaycanda aviasiya personalına sənədlərin verilməsi qaydaları təsdiqlənib

Azərbaycanda aviasiya personalına sənədlərin verilməsi qaydaları təsdiqlənib

 

Nazirlər Kabineti “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nı təsdiq edib.

 

 

"İnformator.az" "Report"a istinadən  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

 

Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb. Onlarla tənzimlənməyən məsələlər qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya, habelə Konvensiyaya 1 nömrəli Əlavə - “Aviasiya personalının sertifikatlaşdırılması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir.

 

Qaydaların müddəaları aşağıdakı şəxslərə şamil edilir:

 

- həvəskar pilot;

 

- kommersiya pilotu;

 

- nəqliyyat pilotu;

 

- çoxheyətli pilot;

- hava şarı pilotu;

 

- naviqator;

 

- bort mühəndisi;

 

- bort radiooperatoru (bort radist);

 

- havada hərəkəti idarəetmə dispetçeri;

 

- hava gəmisi texnikləri.

 

Bundan başqa, tələbə-pilota dair tələblər də müəyyənləşib. Belə ki, tələbə-pilot qismində ilk uçuşa yaşı 16-dan az olmayan şəxslər buraxılacaq, eləcə də onlar beynəlxalq uçuşlara buraxılmayacaq. Uçuş təlimatçısı tərəfindən icazə verilmədiyi və onun tərəfindən nəzarət edilmədiyi təqdirdə tələbə-pilotun təkbaşına uçması qadağan edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər