00:00:00
Yazar
Admin User
04.12.2025 15:56 217 1 dəq oxuma
Siyasət

Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılır

Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılır

Azərbaycanda dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində daha bir mühüm addım atılıb. Ölkədə Dövlət Xidmətlərinin Elektron Reyestrinin (DXER) yaradılması prosesi sürətləndirilib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a bildirib ki, Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana əsaslanır:

 

“Təbii ki, bu gün dünya inkişaf edir. Bu inkişaf əsasən elektronlaşma və rəqəmsal idarəetmə sahəsində özünü göstərir. Xidmət reyestrinin yaradılması şəffaflığın təmin edilməsi, hesabatlılığın aydın olması üçün zəruridir. Reyestr həm mənfi halların qarşısının alınmasına, həm də bürokratik əngəllərin aradan qaldırılmasına müsbət təsir göstərəcək. Bu addım dövlət qurumları ilə vətəndaşların münasibətlərində şəffaflığı qoruyacaq. Rəqəmsal idarəetmə gələcəkdə vətəndaş–məmur münasibətlərinin durulaşmasına, proseslərin daha asan və operativ şəkildə həyata keçirilməsinə imkan verəcək”.

 

Tural İrfan əlavə edib ki, sistemin tətbiqi dövlət qurumlarının işini sürətləndirəcək və xidmət keyfiyyətini yüksəldəcək:

 

“Dövlət qurumlarının daha operativ çalışması əhaliyə göstərilən xidmətin yaxşılaşmasına səbəb olacaq ki, bu da daxili siyasətin uğuru hesab edilə bilər. Şəffaflığın artması qanun pozuntularının məhdudlaşmasına gətirib çıxaracaq. Rəqəmsal idarəetmə həm dövlət qurumlarının yükünü azaldacaq, həm də insan əməyinə olan ehtiyacı minimuma endirəcək. Müasir texnologiya və rəqəmsal sistemlər həm əlavə xərclərin, həm də vaxt itkisinın qarşısını alır. Bu sistemin təkmilləşdirilməsi dövlət qurumlarının fəaliyyətinə müsbət təsir göstərəcəyi kimi, əhalinin problemlərinin həllində də mühüm rol oynayacaq”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər