Azərbaycanda günəş enerjisinin istehsalı artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 407,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Ramiz Kəlbiyev "İnformator.az"a açıqlamasında bildirib ki, ilin birinci yarısında qış aylarında külək daha çox olur:
"Külək enerjisi və günəş enerjisi əsasən iqlim şəraitindən asılıdır. Məsələn, günəş enerjisi günəşli günlərin sayına, buludluluğa bağlıdır. Külək enerjisi isə küləkli günlərin sayına bağlıdır. Ümumiyyətlə, ilin birinci yarısında qış aylarında külək daha çox olur, yay aylarında isə günəş enerjisi yüksək olur. Enerji istehsalına təsir edən başqa amillər də var. Günəş enerjisi sistemlərində panellərdəki texniki nasazlıqlar enerji istehsalının azalmasına səbəb ola bilər. Külək turbinlərində də proqram təminatında və ya digər texniki hissələrdə nasazlıqlar ola bilər, bu da enerji istehsalına təsir edir. İqlim şəraiti — günəşli və küləkli günlərin sayı — günəş və külək enerjisinin əsas həcmini müəyyən edir. Texniki nasazlıqlar isə əlavə amil kimi enerji istehsalını azalda bilər".
Xədicə Məhərrəmli
