00:00:00
Yazar
Admin User
03.09.2025 15:21 123 1 dəq oxuma
Sosial

Azərbaycanda İLK!

Azərbaycanda İLK!

 

300-dən çox qonağın iştirak edəcəyi mötəbər tədbir Bakıda planlaşdırılır . Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi , İslam dəyərlərinin - tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı iqtisadiyyat , təhsil , elm və turizm sahələrində birgə layihələrin təşviqi , üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelerin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Azərbaycanın böyük beynəlxalq tədbirlər keçirməsinin təəccüblü olmamasını "İnformator.az "a açıqlamasında bildirib : 

 

"İndiyə qədər Azərbaycan idman , siyasət , iqtisadiyyat və digər müxtəlif sahələr üzrə beynəlxalq səviyyədə tədbirlər keçirilməsinə nail olub və bu tədbirlər yetəri qədər uğurlu nəticələrlə yekunlaşıb. Global məkanda da Azərbaycan tərəfindən keçirilən tədbirlər böyük maraq doğurur , böyük həvəslə Azərbaycanın keçirdiyi tədbirlərdə iştirak etməyə üstünlük verilir. 

Sonuncu COP29 tədbiri bütün dünyaya mesaj oldu ki , Azərbaycan dünyanın idarə olunmasında birbaşa iştirak edə biləcək səviyyədə güclü dövlətdir və ən qəliz xarakter daşıyan beynəlxalq tədbirlərin belə keçirilməsinə qadirdir, bunuda sübut etdi. Bütün bunları nəzərə alanda Azərbaycanda keçirilən beynəlxalq tədbirlər onu göstərir ki Azərbaycan artıq fərqli səviyyələrə yüksəlməyə başlayıb və Azərbaycan yalnız artıq Cənubi Qafqazın geopolitik lideri olmaqla yanaşı həm də qlobal məkanda siyasi iradə nümayiş etdirməyi bacaran bir dövlətdir.

 

Böyük ehtimalla, Azərbaycan yeni dünya düzənində də öz avanqard rolunu almış olacaq".

 

Nərmin Aslanzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər