00:00:00
Yazar
Admin User
24.09.2025 14:16 132 1 dəq oxuma
Sosial

Azərbaycanda "MAN" markalı elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq

Azərbaycanda "MAN" markalı elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq

Azərbaycanda "MAN Lion`s City E" markalı elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq.

 

Bu barədə "İnformator.az" "MAN" şirkətinə istinadən xəbər verir.

 

"MAN Truck & Bus" şirkəti yerli tərəfdaşı "Improtex Trucks & Buses" və Azərbaycan hökuməti ilə xKD formatında elektrik avtobuslarının istehsalının lokallaşdırılması ilə bağlı əməkdaşlıq haqqında memorandum imzalayıb.

 

Avtobuslar üçün hissələrin bir qismi Azərbaycana tədarük ediləcək və burada avtobusun yığılması həyata keçiriləcək.

 

Qeyd edək ki, layihə Azərbaycanda ekoloji nəqliyyatın inkişafının dəstəklənməsinə və elektrik avtobusları parkının genişləndirilməsinə yönəlib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər