00:00:00
Yazar
Admin User
18.10.2025 11:50 121 1 dəq oxuma
Dünya

Azərbaycanda olan 4 iranlı məhbus ölkələrinə göndərilib

Azərbaycanda olan 4 iranlı məhbus ölkələrinə göndərilib

Azərbaycan həbsxanalarında saxlanılan dörd iranlı məhbus ölkələrinə ekstradisiya edilib.

 

"İnformator.az" bu barədə "Azad İran" Teleqram kanalına istinadən xəbər verir.

 

Bildirilir ki, dörd İran vətəndaşı Gilan əyalətinin Baş Həbsxanalar İdarəsinə təhvil verilib.

 

Məlumata görə, ekstradisiya "Məhbusların təhvil verilməsi haqqında" saziş çərçivəsində baş tutub.


Məhbuslar sazişin icrasında qeydə alınan üç illik fasilədən sonra ekstradisiya olunublar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər