Azərbaycandan Ermənistana neft və neft məhsulları göndərilə bilər
Azərbaycan Ermənistana neft və neft məhsulları göndərilməsi ilə bağlı danışıqlar aparır. Gürcüstan isə Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə pulsuz daşınacağını açıqlayıb. Bundan əvvəl tərəflər buğda yüklərinin tranzitinə də icazə verib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, əlbəttə, Azərbaycan və Ermənistan sülh danışıqlarının nəticəsi kimi ortaya məhsul qoymalıdırlar:
“Bu prosesdə xüsusilə, Azərbaycanın Ermənistanla münasibətlərdə açıq və səmimi dövlət iradəsi nümayiş etdirdiyi müşahidə olunur. Ayrıca, enerji əməkdaşlığı da sülh prosesinə real və davamlı töhfə verməlidir. Çünki Ermənistan tərəfi burada faydalar əldə edir. Gürcüstan - Ermənistan münasibətlərində müəyyən qarşıdurma var. Biz yaxşı bilirik ki, Gürcüstanın Rusiya orbitinə meyillənməsi, Ermənistanın Qərb və Azərbaycan orbitinə meyillənməsi, müəyyən iqtisadi maraqlara görə Gürcüstan üçün bəzi ipucları verir, yəni iqtisadi baxımından narahat hiss edirlər. Amma düşündüyüm odur ki, Azərbaycan alternativləri verifikasiya etdirir və buna görə də optimal nəticələr əldə edə bilirik “.
Reyhan Quliyeva
