Azərbaycanın antiterror əməliyyatı: Dövlətçilik tariximizin daha bir qızıl səhifəsi
Azərbaycan bu gün müstəqil dövlətdir. Lakin bu müstəqillik asan əldə edilməyib. Tarix boyu Azərbaycanın müstəqilliyinə qəsdlər olub və bu qəsdləri edənlərdən biri də mənfur qonşularımızdır. Onlar tarix boyu Qarabağa ərazi iddiaları ilə çıxış ediblər. Təbii ki, Azərbaycan bu iddialara səssiz qalmayıb və nəticədə Birinci Qarabağ müharibəsi baş verib. Bu müharibədə minlərlə şəhid verdik, amma təəssüf ki, məğlub olduq. Məğlubiyyət nəticəsində torpaqlarımızın bir hissəsi erməni işğalına məruz qalıb. İllər keçir və tariximizin elə bir günü gəlir ki, bu günü hər bir azərbaycanlı fəxrlə xatırlayır. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb. Müharibə 44 gün davam edib və bu müddətdə Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Lakin bu qələbəyə sevinərkən qəlbimizdə kədər də var idi, çünki bu yol minlərlə şəhidin qanı bahasına başa gəlib. Bu gün həmin tarixi fəxrlə, qürurla yad edirik. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Azərbaycan əsgərləri və ölkə başçısı İlham Əliyev düşmənin işğalçılıq planlarını tamamilə puç ediblər. Lakin Ermənistan hər zaman olduğu kimi yeni sülh müqaviləsinin şərtlərinə əməl etməyib. 2023-cü il sentyabrın 19-da Azərbaycan ərazisinə hücum edib. Bu, Ermənistan dövlətinin planlı şəkildə törətdiyi terror aktı hesab olunur. Azərbaycan buna qarşı səssiz qalmayıb və əks-hücuma keçib. Təxminən 24 saatdan az bir müddətdə, 8 Noyabr bəyanatına əsasən, bizə məxsus, lakin ermənilərin tərk etmədiyi ərazilərdə – Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda Azərbaycan bayrağı dalğalandırılıb. Bu hadisə Prezident İlham Əliyevin və dövlətimizin gücünün bir daha sübutu olub. Digər dövlətlər anladılar ki, Azərbaycan düşmənə qarşı həmişə Dəmir Yumruq kimi birləşən ölkədir.
Mələk Hüseynova
