Azərbaycanın beyin mərkəzinin direktor müavini Ermənistanda beynəlxalq tədbirdə iştirak edir
Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistana səfər edib.
Mərkəzdən "İnformator.az"a verilən məlumata görə, o, paytaxt İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarına qatılıb.
M.Muradovun tədbir çərçivəsində müzakirə panellərinin birində Azərbaycan-Ermənistan sülh prosesi və regional dinamika mövzusunda çıxış etməsi gözlənilir.