00:00:00
Yazar
Admin User
29.08.2025 08:34 125 1 dəq oxuma
Sosial

Azərbaycanın ilk Beynəlxalq İnvestisiya Forumunun keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanın ilk Beynəlxalq İnvestisiya Forumunun keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanın ilk Beynəlxalq İnvestisiya Forumu sentyabrın 22-23-də Bakıda keçiriləcək.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev "Gələcək karyeralar: necə aktual, hazır və tələb olunan qalmaq olar" mövzusunda keçirilən panel müzakirələrdə bildirib.

 

"Biz forumu Formula 1 Azərbaycan Qran-Prisindən dərhal sonra keçirməyi qərara aldıq, çünki tamamilə unikal mövqedəyik. Tədbir İtaliyadakı tərəfdaşımız "The European House - Ambrosetti" ilə birgə "Euronews"un dəstəyi və "Bloomberg"dən dəvət olunmuş qonaqların iştirakı ilə təşkil olunacaq", - o qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər