00:00:00
Yazar
Admin User
11.09.2025 07:25 145 2 dəq oxuma
Sosial

Azərbaycanın iqtisadi və regional perspektivləri

Azərbaycanın iqtisadi və regional perspektivləri

Azərbaycanda mədəni irsin qorunması və turizmin inkişafı istiqamətində mühüm addımlar atılır. Dövlət tərəfindən tarixi abidələrin bərpası, milli memarlıq nümunələrinin qorunması və beynəlxalq tədbirlərin keçirilməsi ölkəyə gələn turistlərin sayının artmasına səbəb olub. Xüsusilə Şuşa, İçərişəhər, Qobustan və digər tarixi məkanlar həm yerli, həm də xarici qonaqların diqqət mərkəzindədir. Ekspertlərin fikrincə, mədəni irsin qorunması təkcə turizm gəlirlərini artırmır, həm də milli kimliyin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, ekoturizm və kənd turizmi sahələrinin inkişafı regionların iqtisadi dirçəlişinə müsbət təsir göstərir.


Mövzu ilə bağlı Turizm eksperti Ceyhun Aşurov "İnformator.az"a müsahibə verib.


Turizmin inkişafı ölkə iqtisadiyyatına hansı töhfələri verir?


"Azərbaycanda mədəni irsin qorunması turizmin inkişafına bilavasitə müsbət təsir göstərir. Dövlət tərəfindən ümumiyyətlə, tarixi abidələr bərpa olunur, milli memarlıq abidələrimiz qorunur, beynəlxalq tədbirlər keçirilir, bir sıra iri tədbirlərə Azərbaycan ev sahibliyi edir ki, bu da xaricdən ölkəmizə gələn turistlərin sayına da təsir göstərir. Baxmayaraq ki, hal-hazırda quru sərhədlər bağlıdır, amma viza asanlaşması, eyni zamanda hava məkanımızın açıq olması,
uçuşların birbaşa olması və sayının artırılması ümumiyyətlə müsbət hesab olunur. Baxmayaraq ki, bu il turizm Sayının artımı elə də gözlənilən nəticəni vermədi, xüsusən yay mövsümündə xaricdən gələn turistlərin sayı elə də çox olmadı. Regiondakı gərginliklər, müharibələr, qonşu ölkələrdəki narahatçılıq, siyasi gərginliklər turistlərin sayının artmasına əngər oldu"


Turizmin inkişafı üçün hansı sahələrə daha çox diqqət yetirilməlidir?


"Qeyd olunan kimi mədəni irsin qorunması təkcə turizm gəlirlərini artırmır əlbəttə ki, milli kimliyin möhkəmlənməsinə də xidmət edir və turizm məhsullarının çox olması onun mənimsənilməsini asanlaşdırır, turistlərin gəlməsi və səyahət etməsi üçün səbəbləri artırmış olur. Turizmin inkişafı ölkə iqtisadiyyatına həm vergi daxil olmaları, həm məşğulluğla bağlı iqtisadi artıma səbəb olur və turizmdən başqa digər sahələrində inkişafını stimullaşdırmış olur".


Regionlarda turizmin inkişafı yerli əhalinin həyat səviyyəsini hansı formada yaxşılaşdıra bilər?


"Regionlar da turistlərin daha çox olması istehlakı artırmağla yerli əhalinin gəlirlərinin artırılmasına və eyni zaman da gəlirlərin paylanmasına, qeyri-barabərliyin azalmasına və yerli icmaların qazanclarının artmasına müsbət təsir göstərir, amma ümumilik də turizmin inkişafı və ölkəyə gələn turistlərin sayının artırılması üçün biz daha çox işlər görməliyik. Hal-hazır da Azərbaycan da tam şəkildə təhlükəsizlik bərqərar olunub, bu çox müsbət haldır, amma eyni zamanda ölkəyə gəliş, mümkün qədər rahat olmalıdır". 


Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər