00:00:00
Yazar
Admin User
03.06.2025 10:21 159 1 dəq oxuma
Siyasət

Azərbaycanın Keniyada səfirliyi açılıb

Azərbaycanın Keniyada səfirliyi açılıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşü çərçivəsində Azərbaycanın Nayrobidəki səfirliyinin açılış mərasimində iştirak edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.

 

Bildirilib ki, xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası münasibətlərinin davam etdirilməsi və gücləndirilməsi, ünsiyyətin asanlaşdırılması və əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndiriblər.


C.Bayramov həmçinin Keniyanın ev sahibi ölkə kimi diplomatik nümayəndəliyin düzgün fəaliyyəti üçün yaratdığı əlverişli mühit və şəraiti də vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər