00:00:00
Yazar
Admin User
17.11.2025 15:37 108 2 dəq oxuma
Siyasət

Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması

Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü Azərbaycan üçün xüsusi əhəmiyyətli qərarla yadda qaldı. İlk dəfə olaraq Azərbaycan rəsmi şəkildə “Mərkəzi Asiya + Azərbaycan” formatına tamhüquqlu üzv kimi qəbul edildi. Bu addım həm region daxilində əməkdaşlığın, həm də Azərbaycanın geosiyasi çəkisinin artması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a bildirib ki, Daşkənddə keçirilən və Azərbaycanın tam üzvlüyü ilə nəticələnən Orta Asiya dövlətləri zirvəsi Azərbaycanın Şərqlə Qərb arasında mühüm bir qovşaqda — nəqliyyat və kommunikasiya xətləri üzərində yerləşməsi səbəbilə diplomatik baxımdan ciddi imkanlar yaradacaq:

 

“Burada Azərbaycanın qarşısında həm böyük bir fürsət, həm də mühüm bir maneə kimi Ermənistan dayanır. Əgər üçtərəfli sülh təmin olunsa, keçid yolları Azərbaycan üçün böyük imkanlar açacaq. Sülh olmazsa, region qapalı bir coğrafiyaya çevriləcək. Bu birlik Türk Dövlətləri Təşkilatına alternativ bir quruma çevrilmə və Türkiyəni proseslərin kənarında buraxma riski daşıyır. Avropanın Rusiya ilə münasibətlərindəki gərginlik alternativ enerji ehtiyacı yaradır. Həm Aİ, həm də ABŞ Türküstan coğrafiyasına daha çox ehtiyac duyur. Bunun nəticəsində enerji və qiymətli metallar baxımından zəngin olan bölgəyə maraq artır. Regionun inkişaf edən dövləti kimi Azərbaycan diqqəti üzərinə çəkir. Azərbaycan dövlətçilik və millətçilik prosesini tamamladıqdan sonra etməli olduğu əsas addım bölgənin dinamiklərini də nəzərə alaraq üçtərəfli sülhü təmin etməkdir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər