00:00:00
Yazar
Admin User
11.12.2025 13:34 109 1 dəq oxuma
Siyasət

Azərbaycanın sosial və dayanıqlı inkişaf sahəsində nailiyyətləri BMT-də tanındı

Azərbaycanın sosial və dayanıqlı inkişaf sahəsində nailiyyətləri BMT-də tanındı

Azərbaycanın beynəlxalq nüfuzunu artıran daha bir mühüm hadisə baş verib. 10 dekabr 2025-ci ildə Nyu-Yorkda keçirilən seçkilərdə ölkəmiz BMT-nin iki strateji qurumuna - Əhali və İnkişaf Komissiyasına (CPD) və Sosial İnkişaf Komissiyasına (CsocD) üzv seçilib. Bu təmsilçilik Azərbaycanın sosial müdafiə, demoqrafik siyasət və dayanıqlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisi kimi dəyərləndirilir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artır və bu proses özünü müxtəlif formalarda göstərir:

 

"Ölkəmizə göstərilən etimad Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun ən bariz göstəricisidir. Bu seçki nəticəsi həmin etimadın daha bir təsdiqi kimi dəyərləndirilə bilər. Azərbaycanın bu komissiyalara üzv olması, BMT ilə əməkdaşlığı növbəti mərhələyə yüksəltməklə yanaşı, ölkəmizə əlavə siyasi dividend də qazandıracaq. Artıq məlumdur ki, Azərbaycanla BMT arasında çox sıx əməkdaşlıq və əlaqələr mövcuddur. Qeyd olunan komissiyalara üzvlük həm əməkdaşlığı yeni mərhələyə çatdıracaq, həm də BMT üçün əlavə dəyər yardacaq".

 

Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər