00:00:00
Yazar
Admin User
04.09.2025 12:20 115 1 dəq oxuma
Sosial

Azərbaycanın un ehtiyatlarının həcmi açıqlanıb

Azərbaycanın un ehtiyatlarının həcmi açıqlanıb

2024-cü ilin yekununda Azərbaycanın un ehtiyatlarının həcmi 1 milyon 764 min 476 ton təşkil edib.

 

"İnformator.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,5% azdır.

 

Ötən il ölkədə un ehtiyatlarının həcmində ən aşağı göstərici qeydə alınıb. Ehtiyatların 16,3%-i ilin əvvəlinə olan qalıq, 77,4%-i istehsal, 6,2%-i isə idxal hesabına formalaşıb.

 

2024-cü ildə Azərbaycanda 1 milyon 365 min 906 ton un istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 2,8% çoxdur. Hesabat dövründə ölkəyə un idxalının həcmi 28,2% azalaraq 109 min 860 tona, ilin əvvəlinə olan qalıq isə 1,1% azalaraq 288 min 710 tona düşüb.

 

Ehtiyatların 3 min 68 tonu mal-qara və quş yemi üçün, 395 min 778 tonu əhalinin şəxsi istehlak fondu üçün, 930 min 239 tonu isə qida məhsullarının istehsalı üçün, 107 min 234 tonu qeyri-qida məhsullarının istehsalı üçün, 18 min 758 tonu ixrac üçün istifadə edilib. Hesabat ilində itkilərin həcmi 21 min 187ton olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər