00:00:00
Yazar
Admin User
25.11.2025 15:35 98 2 dəq oxuma
Siyasət

Azərbaycanın xarici işlər naziri Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb.

Mövzu ilə bağlı olaraq siyasi şərhçi Həşim Səhrablı “İnformator.az” a açıqlamasında bildirib ki,bu əlaqələr qlobal miqyasda böyük əhəmiyyət kəsb edir:


“Ceyhun Bayramovun İtaliya və Vatikana dövlət səfərləri Azərbaycanın xarici tərəfdaşlarla münasibətlərinin dərinləşdirilməsi və mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə hesablanmış addımdır. Qlobal miqyasda münasibətlər mürəkkəbləşdikcə və qarşıdurmaların həm miqyası, həm də intensivliyi artdıqca, tərəfdaşlıq və beynəlxalq əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Belə şəraitdə Azərbaycan milli maraqlarını qorumaq və gələcək risklərin qarşısını almaq üçün həm mövcud tərəfdaşlarla əlaqələri təkmilləşdirməyə, həm də yeni tərəfdaşlar qazanmağa çalışır. Bu baxımdan İtaliyaya səfər həmin strategiyanın növbəti mərhələsi kimi qiymətləndirilməlidir.
Azərbaycan üçün İtaliya yalnız iqtisadi deyil, həm də siyasi və hərbi sahədə önəmli tərəfdaşdır. İtaliyanın Qərbi Avropanın əsas dövlətlərindən biri olması, beynəlxalq siyasətdə çəkisi və təsir imkanlarının genişliyi Azərbaycanın bu ölkə ilə əməkdaşlığını daha da vacib edir. Belə tərəfdaşlıq Azərbaycan üçün həm iqtisadi, həm də geosiyasi baxımdan əlavə üstünlüklər yaradır, regionda sülh və sabitlik üçün mövqeyini möhkəmləndirir.Regional təhlükəsizlik və sülh prosesi kontekstində də bu səfər əhəmiyyətlidir. Azərbaycan və İtaliya arasındakı səmimi münasibətlər Azərbaycan tərəfinə bölgədə sülhə mane olan amilləri İtaliya tərəfi ilə bölüşmək və bu maneələrin aradan qaldırılması istiqamətində siyasi dəstək almaq imkanı verir. Xüsusilə Fransa kimi anti-Azərbaycan mövqeyi tutan ölkələrlə müqayisədə, İtaliya daha neytral və açıq dialoq tərəfdarı kimi çıxış edə bilər. Bu da Azərbaycanın Avropada öz maraqlarını müdafiə etməsi baxımından mühüm imkan yaradır.
Rusiya təhlükəsinin artması, Ukrayna müharibəsinin nəticələri və regionda yaranan yeni geosiyasi düzən fonunda İtaliya ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın təhlükəsizlik arxitekturasında alternativləri artırmaq cəhdidir. Bu, həm də Cənubi Qafqazda sülh prosesinin irəliləməsi və regional tranzit layihələrinin, xüsusilə “Bir kəmər, bir yol” və Orta Dəhliz kimi təşəbbüslərin təhlükəsizliyi və davamlılığı baxımından əhəmiyyətlidir.Nəhayət, İtaliya ilə əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə də müsbət təsir göstərə bilər. Fransa və bənzər dövlətlərin yaratdığı anti-Türk və anti-Azərbaycan təsəvvürlərini neytrallaşdırmaqda İtaliya mühüm rol oynaya bilər. Bu da Avropada Azərbaycanın imicinin yenidən formalaşmasına və ikitərəfli münasibətlərin inkişafına töhfə verə bilər”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər