00:00:00
Yazar
Admin User
22.09.2025 16:26 113 2 dəq oxuma
Siyasət

Azərbaycanın xarici siyasətində qloballaşma və milli maraqların qorunması

Azərbaycanın xarici siyasətində qloballaşma və milli maraqların qorunması

 

Qloballaşma prosesləri dövlətlər arasında qarşılıqlı asılılığı gücləndirsə də, milli suverenlik məsələsini gündəmə gətirir. İqtisadi, siyasi və mədəni təsirlərin artması bəzən dövlətlərin müstəqil qərarvermə imkanlarını məhdudlaşdırır.

 

Mövzu ilə bağlı politoloq Sahil Kərimli "İnformator.az"a bildirib ki, Azərbaycan dövlətinin əsas prioritet xarici siyasət istiqamətlərindən biri qloballaşma və beynəlxalq aləmə inteqrasiyadır:

 

"Bu, dövlətin uzun illər apardığı siyasətin tərkib hissəsidir: beynəlxalq aləmə inteqrasiya, qloballaşma və digər xarici əlaqələr. Lakin bütün bu proseslər Azərbaycanın milli maraqları və dövlətçilik prinsipləri çərçivəsində həyata keçirilir. Çünki qloballaşma adı altında bəzi xarici siyasi dairələr müəyyən ölkələrə qarşı təxribat və təhdid xarakterli siyasət yürüdürlər. Bu zaman milli suverenliyin təhdidlərə məruz qalması, hibrid hücumların və digər zərərli təsirlərin qarşısının alınması Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olur.

 

Bəzi xarici dairələr Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək milli maraqlara, tarixi və mədəni dəyərlərə təhlükə yaradırlar. Bu proseslərdə əsas risklərdən biri də gənc nəslin xarici təsirlər nəticəsində mənfi istiqamətləndirilməsi və müəyyən ideoloji aşınmalara məruz qalmasıdır. Azərbaycan dövləti preventiv tədbirlər həyata keçirərək milli maraqları və dövlətçilik dəyərlərini qorumağı prioritet vəzifə kimi qarşıya qoyur. Milli maraqlarla beynəlxalq öhdəliklər arasında balanslı siyasət həyata keçirilməsi də bunun göstəricisidir".

 

Ekspert əlavə edib ki, Azərbaycan dövləti daim balanslaşdırılmış siyasət yürüdüb: 

 

"Çünki bu gün dünyada baş verən müharibələr, böyük dövlətlərin məkirli planları və beynəlxalq proseslər hər bir ölkə üçün olduğu kimi Azərbaycan üçün də müəyyən təhdidlər yaradır. Bu təhdidlərin qarşısının alınması üçün həm hərbi, həm də ideoloji baxımdan sərt tədbirlər həyata keçirilir".

 

Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər