00:00:00
Yazar
Admin User
17.10.2025 16:08 84 2 dəq oxuma
Siyasət

Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qalıb.

Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qalıb.

Bunu Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib.


İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.


Mövzu ilə bağlı açıqlamasında deputat Hikmət Babaoğlu bildirib:


"Azərbaycan münasibətlərində davam edən gərginliyə Kopenhagendə Avropa Siyasi Birliyinin zirvə toplantısında son qoyulmağa başlanıb. Fransa və Azərbaycan Prezidenti arasında baş tutan dialoq, Fransanın regiondakı Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməsi və Azərbaycanın isə beynəlxalq hüquqdan irəli gələn ədalətli mövqeyində qalması nəticə etibarilə gərginliyin də arxada qalmasına səbəb olub və bu gün artıq Fransa-Azərbaycan münasibətlərinin ənənəvi məcrasına yönəlməsi üçün yeni perspektivlər yaranıb. Buna görə də Fransanın Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan Prezidenti yeni ikitərəfli gündəliyin mövzularından danışaraq, dövlətlərarası münasibətlərdə, biznes nümayəndələrinin münasibətlərində, mədəni və humanitar əlaqələrimizdə mühüm perspektivlərin olmasından bəhs edərək bu istiqamətdə addımların atılacağı ilə bağlı fikirlərini bildirib. Əlbəttə ki, bu cür münasibətlərin yaranması həm Fransanın, həm də Azərbaycanın əleyhinədir. Nəticə etibarilə, Azərbaycanın ticarət, iqtisadi əlaqələrdə ən böyük tərəfdaşı olan ölkələr Avropa Birliyinə daxil olan ölkələrdir. Azərbaycanın yeni imkanlar yaratmaqla yeni logistika və kommunikasiya mərkəzinə çevrilməkdədir. Eyni zamanda, Fransanın, Avropanın ikinci iqtisadiyyatı olmaqla birlikdə çox böyük innovativ və müasir sənaye imkanları var ki, onlar da Azərbaycanda müxtəlif sahələrin inkişafı üçün potensial imkanlar yarada bilər. Ona görə də Fransa Azərbaycan münasibətlərində yeni bir səhifənin açılması hər iki ölkənin xalqları və hər iki dövlətin maraqları baxımından mühüm perspektivlər vəd edir və olduqca vacibdir. Nəticə etibarı ilə əməkdaşlıq etmək sülh deməkdir və Azərbaycan Fransa ilə belə əməkdaşlığa həmişə hazır olduğunu bəyan edib".


Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər