00:00:00
Yazar
Admin User
24.10.2025 14:13 309 2 dəq oxuma
Siyasət

Azərbaycanla Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir

Azərbaycanla Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir.

 

Mövzu ilə bağlı “İnfomator.az”a açıqlamasında Politoloq Tural İrfan bildirib ki, Macarıstan Azərbaycana dost ölkələrdəndir:

 

“Ölkəmiz arasında münasibətlər 1992-ci ildən yaranıb, o zamandan səmərəli olaraq davam etməkdədir. Parlamentlər arasında da münasibətlər mövcuddur, dostluq qrupu fəaliyyətdədir. İqtisadi əlaqələr olsa da daha da inkişaf etməsinə ehtiyac var. Beynəlxalq müstəvidə də bir-birini dəstəkləyən dövlətlər olaraq Azərbaycan və Macarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı zəruridir. Bu reallıqdan doğan gerçəkliyi nəzərə alan dövlət başçısı əməkdaşlığın dərinləşməsi üçün əlindən gələn səyləri əsirgəmir. Strateji tərəfdaşımız olan Macarıstan ilə əlaqələrin dərinləşməsi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana ünvanladığı məktubda qeyd edildiyi kimi hazırda ikitərəfli gündəlikdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Sevindirici haldır ki, Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerji sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Macarıstanın Milli bayramı münasibətilə Azərbaycan Prezidenti Viktor Orbana göndərdiyi təbrik məktubunda ölkələrimiz arasındakı müsbət münasibətlərin daha da inkişaf edəcəyi vurğulanıb. Hər iki ölkənin beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti münasibətlərin yüksək olduğunu bir daha sübut edir. Bu il Azərbaycan Prezidenti Budapeştdə rəsmi səfərdə olub. Macarıstan Baş naziri isə Qəbələdə Türk Dövlətləri Təşkilatının zirvə görüşlərində iştirak edib. Bu görüşlər, səfərlər xalqlarımızın, dövlətlərin bir-birinə daha da sıx bağlılığından xəbər verir ki, bu da Azərbaycan Prezidentinin yürütdüyü səmərəli dövlət siyasətinin bariz nümunəsidir. Odur ki, Azərbaycan Dövlət başçısının Viktor Orbana, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının inkişafı həm Macarıstan xalqının həm də Azərbaycan xalqının iradəsinə uyğun olaraq daha da gücləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səyləri bundan sonra da müvəffəqiyyətlə davam etdirməyin zəruriliyini vurğulaması bu siyasətin qətiyyətliliyini bir daha ortaya qoyur “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər