00:00:00
Yazar
Admin User
05.11.2025 16:46 98 2 dəq oxuma
Siyasət

“Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün yol xəritəsi, fəaliyyət planımız var”

“Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün yol xəritəsi, fəaliyyət planımız var”

 

Ukraynalı sahibkarlar Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə böyük maraq göstərir.

Mövzu ilə bağlı olaraq siyasi şərhçi Cavanşir Abbaslı "İnformator.az" a açıqlamasında bildirib ki, Azərbaycan ilə Ukrayna arasında əlaqələr daim yüksək səviyyədə olub:

 

"Azərbaycanla Ukrayna arasında münasibətlər hər zaman yüksək səviyyədə olub, xüsusilə də Sovet İttifaqı məkanında müstəqillik əldə etdikdən sonra Azərbaycan-Ukrayna əlaqələri daha da dərinləşib. Xüsusilə, birinci Qarabağ müharibəsində Ukrayna Azərbaycanın verdiyi dəstək ilə çıxış etmişdi. İkinci Qarabağ müharibəsində də Ukraynanın dəstəyi qənaətbəxş idi. Doğrudur, bəyanatlarla Azərbaycanın dəstəyi ifadə olunub, amma Ukrayna həmişə Azərbaycanın haqq savaşını yaxından dəstəkləyirdi.
Son illərdə Azərbaycanla Ukrayna arasında münasibətlərdə müəyyən qədər tənəzzül yaşana bilər, bu, təbii ki, müharibə ilə əlaqədardır. Azərbaycan xarici siyasətində daim balanslı siyasət yürüdür. İlham Əliyevin xarici siyasətinin əsasını balanslılıq təşkil edir. Yəni Azərbaycan Rusiya ilə Ukrayna arasında balansı qorumağa çalışır, amma eyni zamanda Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini ifadə edir.
Azərbaycan Prezidenti dəfələrlə bunu bəyan edib, xüsusilə də Ukraynalı jurnalist Bakıda ərazi bütövlüyü ilə bağlı tarixi açıqlama vermişdi. Buna görə də Azərbaycan humanitar sahədə Ukraynaya yaxından dəstək verir. İqtisadi və digər sahələrdə Azərbaycan-Ukrayna əlaqələri yüksək səviyyədə inkişaf edir. Gələcəkdə də Azərbaycan-Ukrayna əlaqələrinin daha da dərinləşəcəyini düşünürəm".


Siyasi şərhçi həmçinin bildirib ki, Ukraynada soydaşlarımız üstünlük təşkil edir:

 

"Müharibə buna imkan vermir. Çünki iqtisadi sahədə əlaqələrin dərinləşməsi şimal qonşumuzun narazılığına səbəb ola bilər. Rəsmi Bakı bunun fərqindədir. Düşünürəm ki, müharibə başa çatdıqdan sonra əlaqələr yenidən genişlənəcək.
Ukrayna Azərbaycana ən yaxın ölkələrdən biridir. Xarkov daxil Ukraynanın bir sıra vilayətlərində çox sayda azərbaycanlı yaşayır. Soydaşlarımızın sayı təxminən 500 mindən artıqdır. Azərbaycanda onların hüquqlarının qorunması üçün Ukraynayla yaxın əməkdaşlıq vacib sayılır.
Müharibə bitdikdən sonra Azərbaycan-Ukrayna əlaqələri daha da dərinləşəcək, Azərbaycanlı sahibkarlar Ukrayna bazarlarında əvvəlki kimi fəaliyyət göstərəcək, bizneslərini genişləndirəcəklər və həyat əvvəlki səviyyəyə qayıdacaq. Yol xəritəsi məlumdur, yeni yol xəritəsi çəkməyə ehtiyac yoxdur, çünki əlaqələr müstəqillikdən bəri mövcud yol xəritəsi üzərində inkişaf edir və bundan sonra da inkişaf edəcək.Ukrayna Azərbaycanın yerləşdiyi regionu başa düşməlidir. Azərbaycan şimaldan Rusiya, cənubdan İran və digər dövlətlərlə əhatə olunmuş regiondadır. Buna görə də Ukrayna Azərbaycanın müharibə zamanı ona tam dəstək verməməsini anlamalıdır. Düşünürəm ki, Zelenski hökuməti də bunu anlayır. Son bir ildə Azərbaycan-Ukrayna arasında aparılan diplomatik müzakirələr bunu göstərir".

 


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər