00:00:00
Yazar
Admin User
21.11.2025 10:32 132 1 dəq oxuma
Dünya

Azərbaycanla Qəzzaya hərbi kontingentin göndərilməsi üzrə danışıqlar müsbətdir

Azərbaycanla Qəzzaya hərbi kontingentin göndərilməsi üzrə danışıqlar müsbətdir

ABŞ Azərbaycan və İndoneziya ilə Qəzzada beynəlxalq sabitləşdirici qüvvələrin formalaşdırılması üçün bu ölkələrin hərbi kontingent göndərməsi barədə aparılan danışıqları müsbət qiymətləndirir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.

 

"Bir çox ölkələr Qəzzada sabitliyi təmin etmək üçün öz hərbi kontingentlərini göndərməzdən əvvəl BMT-nin təsdiqini gözləyiblər. Azərbaycan, İndoneziya və digər ölkələrlə aparılan danışıqlar kifayət qədər müsbət olub",- o qeyd edib.

 

Qeyd edək ki, sentyabrın 29-da Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həllinə dair 20 bənddən ibarət əhatəli planını açıqlayıb. Sənəddə Qəzzada müvəqqəti xarici idarəetmənin tətbiqi və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur.

 

Oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.


Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər