00:00:00
Yazar
Admin User
07.01.2026 17:15 206 3 dəq oxuma
Siyasət

“Azərbaycanlıların İran hakimiyyətinə təsir imkanları da genişdir”

“Azərbaycanlıların İran hakimiyyətinə təsir imkanları da genişdir”

Təbriz şəhəri də İranda davam edən ümumxalq etirazlarına qoşulub. Bildirilib ki, Təbriz bazarı ümumxalq etiraz aksiyalarına dəstək olaraq bağlanıb və tətil elan edib.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, İrandakı olan hadisələr, etiraz aksiyaları öz həcminə, mütəşəkkilliyinə görə 2018–2019-cu illərdən daha genişdir, daha mütəşəkkildir:

 

"Baxmayaraq ki, o hadisələr iqtisadi problemlərlə başlayaraq siyasi motivlərə çevrilib. Bu günkü günə etirazçılar siyasi motivlərlə çıxış etməsi hakimiyyətin molla rejiminin süquta getməsi ilə əlaqədar səslənən şüarlar onu göstərir ki, artıq İranda vəziyyət kifayət qədər çətindir və molla rejiminin çökməsinə çox da vaxt qalmayıb. Nəzərə alsaq ki, İranda olan hadisələrə təsir etmək imkanına malik olan dövlətlər arasında, məsəlçün, ABŞ və digər dövlətləri qeyd etmək olar. ABŞ-nin prezidenti Donald Trumpın bir bəyanatı olub ki, əgər İran rejimi dinc əhaliyə atəş açsa, biz o rejimə qarşı hərbi müdaxilə edə bilərik. Bu artıq ABŞ-nin İrandakı hadisələrə müdaxilə etmək imkanlarından xəbər verir. O biri tərəfdən də bildiyiniz kimi, köhnə Pəhləvi rejiminin çöküntüsü olan oğlu Pəhləvi Amerikadan bəyanatlarla çıxış edir və İran xalqına müraciət edib. Baxmayaraq ki, o, Amerikada yaşayır, onun ABŞ administrasiyası ilə yaxşı münasibətləri yoxdur, amma İsraillə yaxşı münasibətləri var. Hətta belə deyək, həm İsrail dövlət başçısının, yəni Baş Nazir Nətanyahunun, həm də Pəhləvinin bu hadisələrə qarışması, oradakı vəziyyətə yalnız mənfi təsir edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Pəhləvinin Müdafiə Nazirliyinə təsir imkanları genişdir. Digər tərəfdən isə, İslam İnqilabı Keşikçiləri ilə Müdafiə Nazirliyinin arasında böyük fərq var. İran rejimi Pəhləvi rejiminin təsir imkanlarını nəzərə alaraq Müdafiə Nazirliyinin əsgərlərini sərhəd bölgələrə göndərib. Ancaq İran daxilində əsas söz sahibi İslam İnqilabı Keşikçiləridir. Böyük ehtimalla İranda hakimiyyət çökəcəkdir. Hətta bir-iki günə bir neçə şəhərdə artıq hakimiyyət qüvvələri, polis nümayişçilərin tərəfinə keçib".

 

Həmçinin şərhçi qeyd edib ki, xüsusilə də Azərbaycan tərəfdə - Təbriz, Ərdəbil, Zəncan və digər şəhərlərdə etiraz aksiyaları kütləvi xarakter daşıyır:

 

"Nəzərə alsaq ki, İranda molla rejimi dini və etnik qruplar arasında kifayət qədər böyük uçurum yaradıb. Həm Azərbaycan türkləri, həm kürdlər, həm də bəluclar arasında İranın dağılma ehtimalı böyükdür və ABŞ-nin İranda bu rejimdən sonra söykənə biləcək qüvvə hələ ki, ortada yoxdur. Yəni yeni yaranacaq güc ya yeni siyasi xadim, ya da yeni bir təşkilatlanmış siyasi qüvvə olacaq. Əlbəttə ki, Azərbaycan hər zaman molla xassəli rejimlə də, Pəhləvi rejimi ilə də qarşı olub. Azərbaycanlıların İran hakimiyyətinə təsir imkanları da genişdir. Ona görə də yaxın zamanda ya İranın türkləşməsi, Azərbaycanlaşması prosesini şahid olacağıq, ya da bu molla rejiminin dağılması və İran dövlətinin parçalanaraq 3-4 dövlətə çevrilməsinə şahid olacayıq. Böyük etimalla ya sabah, ya da biri gün ABŞ-nin, Böyük Britaniyanın, həm də İsrailin hərbi qüvvələri İrana zərbələr endirəcəklər, bu qaçınılmazdır və biz yaxın günlərdə bunun şahidi olacayıq".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər