BƏƏ-nin hava hücumundan müdafiə sistemləri KEZAD ərazisində raket zərərsizləşdirib
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) KEZAD xüsusi iqtisadi zonasında hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən raketin ələ keçirildiyi bildirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Əbu-Dabi hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Əbu-Dabi hökuməti raketin HHM sistemləri tərəfindən uğurla ələ keçirilməsindən sonra Xəlifə iqtisadi zonası (KEZAD) ərazisindəki insidentə reaksiya verib, nəticədə cüzi ziyan dəyib və heç kim xəsarət almayıb", - məlumatda bildirib.