00:00:00
Yazar
Admin User
13.11.2023 10:03 503 2 dəq oxuma
Dünya

Bölgədə atəşkəs elan edilməsə, döyüşlər daha da şiddətlənəcək

Bölgədə atəşkəs elan edilməsə, döyüşlər daha da şiddətlənəcək

“Ağ Ev Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir. Ona görə də ABŞ Qəzzanın işğal edilməsinin tərəfdarı deyil. Çünki ABŞ Qəzza işğal ediləcəyi təqdirdə, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşəcəyinin fərqindədir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında analitik jurnalist Kazım Kazımov söyləyib. Jurnalist deyir ki, ABŞ-ın səsləndirdiyi fikirlər hazırda çox cılız səslənir.

 

"Bayden adminstrasyası münaqişəni bitirmək, ən azından atəşkəsə nail olmaq üçün hər hansı ciddi bir addım atmır. Bu təqdirdə isə Qəzzada vəziyyət getdikcə ağırlaşır. Qəzzada xəstəxanalar və yaşayış massivləri aramsız şəkildə bombalanır, hazırda insan tələfatı 12 mini keçib. Qəzzada su, işıq tapmaq müşkülə çevrilib. Ciddi ərzaq və tibbi ləvazimat qıtlığı yaşanır. Ticarət obyektləri dağıdılıb, xəstəxanalar işləkliyini itirib. Sektorun şimalında isə Həmas döyüşçüləri və İsrail ordusu arasında qanlı döyüşlər gedir”.

 

Kazım Kazımov qeyd edir ki, bu müharibədə hər iki tərəfin ciddi itkiləri var.

 

“Xüsusən mülki əhalinin yaşadığı ərazilərdəki küçə döyüşlərində vəziyyət daha da acınacaqlıdır”.

 

Kazım Kazımov qeyd edir ki, əgər bölgədə atəşkəs elan edilməsə, döyüşlər daha da şiddətlənəcək.

 

"Qəzza tamamən işğal edilərsə, İsrail bir də çətin oradan çıxar. Buna görə də Türkiyə, Qətər, İordaniya və Misir öz siyasi qəyyumluqlarını qəbul etdirərək Qəzzanın Fələstin ərazisi olaraq qalmasına çalışır".

 

Şərhçinin sözlərinə görə, bu saatdan sonra 7 oktyabrdan əvvəl olduğu kimi bölgədə sadəcə Həmasın iqtidarının davam edəcəyini söyləmək çətin olar.

 

"Digər tərəfdən də Qəzzada hələ də Həmasın siyasi reytinqi yuxarıdır. Buna görə də kollektiv bir idarə etmə modelinə keçilə bilər".

 

Şərhçinin sözlərinə görə, Qəzzada qurulacaq hökümətə həm Fələstin Azadlıq Təşkilatından, həm Həmasın siyasi qanadından, həm də digər sivil qruplardan nümayəndələr qatıla bilər.

 

"Bölgədə BMT-nin və yuxarıda adını sadaladığımız ölkələrdən siyasi təmsilçilər bu hökümətin bir parçası olabilər. Əks təqdirdə bölgədə qanlı döyüşlər dava edər”.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər