Böyük Britaniya İsrail-İran gərginliyində hansı rol oynayır?
2003-cü ildə Böyük Britaniya ABŞ ilə birlikdə İraqa qarşı çox mübahisəli hərbi əməliyyatda iştirak edib. Məqsəd İraqı “kütləvi qırğın silahlarından” təmizləmək idi. Həmin silahlar əslində illər əvvəl tamamilə məhv edilib.
Bu gün Yaxın Şərqdə baş verən hadisələr fonunda, ABŞ-nin ən yaxın, lakin daha kiçik tərəfdaşı olan Böyük Britaniyanın hansısa şəkildə təsirlənəcəyi demək olar ki, dəqiqdir. Əgər Donald Tramp İsrailə İranın nüvə proqramını aradan qaldırmağa kömək etmək üçün Amerika qüvvələrini səfərbər etmək qərarına gəlsə, Böyük Britaniyaya hansı rol veriləcək? Əvvəla, qeyd etmək lazımdır ki, Böyük Britaniya bu İsrail-İran münaqişəsində mərkəzi aktor deyil. Böyük Britaniya G7 ölkələri ilə gərginliyin azaldılmasına çağırıb. Lakin çətin ki, İsrail bu çağırışlara qulaq assın.
Bu, təkcə diplomatik səbəblərə görə deyil. Britaniya və İsrail arasında münasibətlər son vaxtlar Qərb Sahilində fələstinlilərə qarşı zorakılığı təşviq etdikləri üçün Qərb ölkələri ilə birlikdə iki İsrail nazirinə tətbiq edilən sanksiyalarla gərginləşib.
BBC News
Aysel Mirzəyeva