00:00:00
Yazar
Admin User
20.06.2025 15:07 123 1 dəq oxuma
Dünya

Böyük Britaniya və ABŞ

Böyük Britaniya və ABŞ

 

Böyük Britaniyanın yeni xarici işlər naziri David Lammy bildirib ki, ABŞ və Böyük Britaniya İranın nüvə silahına malik olmaması məsələsində tam qərarlıdır.

 

ABŞ-yə rəsmi səfəri çərçivəsində paylaşım edən Lammy, X platformasında qeyd edib ki, İsrailin İrana hücumları ilə başlayan gərginlik fonunda Yaxın Şərqdə vəziyyət təhlükəli olaraq davam edir.

 

Nazir vurğulayıb: “Biz qətiyyətlə inanırıq ki, İran heç vaxt nüvə silahına sahib olmamalıdır”.

 

Lammy Ağ Evdə ABŞ dövlət katibi Marko Rubio və Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff ilə görüşdüyünü, bu görüşdə “münaqişənin dərinləşməsinin qarşısını almaq üçün diplomatik razılaşmanın imkanlarını” müzakirə etdiklərini bildirib.

 


O həmçinin əlavə edib: “Yaxın iki həftə ərzində diplomatik həll üçün real fürsət pəncərəsi mövcuddur”.

 


TRT haber
Mahmudlu Ləman

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər