Böyük Britaniyada minlərlə insan Trampın səfərinə qarşı aksiya keçirib
Böyük Britaniyada keçirilən etirazların əsas səbəbi Donald Trampın yeritdiyi siyasətdir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, daha çox əsasən, ingilislərin hazırda etiraz etdiyi əsas məsələ məhz İsrailin Qəzza bölgəsində həyata keçirdiyi əməliyyatlardır:
"İngilis hökuməti də bu əməliyyatlara qarşı çıxır və ABŞ-nin İsraili durdurmaması hətta əməliyyatlara dəstək verməsi, İngilislərdə qıcıq yaradır. Çünki Fələstin, yəni, bu ərazilər əvvəllər ingilislərin müstəmləkəsi olub və burada xeyli sayda ingilis hökumətində də müsəlmanların təsir qüvvəsi çox böyükdür. Məlum olduğu kimi, xüsusilə də bu Pakistan Bangladeş ətrafından xeyli sayda şəxs ingilis siyasətində hazırda təmsil olunurlar. Yəni, İngiltərə daxilində olan müsəlman icması məhz bu proseslərə görə ABŞ-dən narazıdır və bu narazlıqların da ingilislərə təsir göstərərək insanlar küçələrə çıxır".
Həmçinin ekspert vurğulayır ki, İngilislər Donald Trumpın Avropaya daha çox təzyiq göstərməsindən narazıdırlar:
"Tramp faktiki olaraq Avropanın öz hakimiyyəti altına almaq siyasətini həyata keçirir və onu Rusiya və Çinlə qorxutur. Çünki, məsələn, Rusiyanın hazırda Şərqi Avropanın təhlükəsizliyini təhdid etməsi: Polşaya dronlarla hücum ediblər. Faktiki olaraq Avropa da ciddi şəkildə təhlükəsizlik problemlərinin meydana çıxmasını səbəb olub. Əgər ABŞ Avropanın müdafiyə etməsə, Avropanın vəziyyəti çətin olacaq və bu da Avropa da, açıq deyim ki, narahatçılığa səbəb olur. Hər nə qədər ittifaqın üzvü olmasa da, bu Böyük Britaniya da başlayan prosesləri izləyir və lazım gəldiyi dərəcədə ABŞ-yə məhz bu cür öz etirazını göstərir.Ancaq təbii ki, burada siyasi qüvvələrin də sifarişi var. Bu həm müsəlman icmasının, həm də saksların İngiltərə də olan birləşmiş şəkildə kütləvi etirazıdır. Həmçinin bu İsrail-Fələstin məsələsinə görədir. Donald Trampın yeritdiyi siyasətə görə paralel şəkildə təbii ki, Ukraniyaya görə də bu proseslər baş verir. Yəni, Ukraniya məsələsi ilə Avropa məsələsi demək olar ki, birdir. Yəni, iki məsələyə görə belədir. Bu mənə də sakslar və müsəlman icması İngiltərədə birləşərək Trampa qarşı bu cür etiraz aksiyaları həyata keçirir".
Gülcan Salahova