00:00:00
Yazar
Admin User
10.06.2025 13:32 169 1 dəq oxuma
Dünya

Böyük Britaniyanın İsrail nazirlərinə sanksiya tətbiq etməsi

Böyük Britaniyanın İsrail nazirlərinə sanksiya tətbiq etməsi

 

Böyük Britaniya İsrailin iki ifrat sağçı nazirə Qəzza ilə bağlı dediklərinə görə sanksiya tətbiq edib.

 

İtamar Ben-Qvir və Bezalel Smotrich həm Böyük Britaniyaya giriş qadağası ilə üzləşəcək, həm də Böyük Britaniya xarici işlər nazirinin elan etdiyi tədbirlər çərçivəsində aktivləri dondurulacaq.

 

David Lammy bildirib ki, maliyyə naziri Smotrich və milli təhlükəsizlik naziri Ben-Qvir “ekstremist zorakılığı və Fələstin insan haqlarının ciddi şəkildə pozulmasını təhrik ediblər”.

 

İsrail buna cavab olaraq deyib: “Seçilmiş nümayəndələr və hökumət üzvlərinin bu cür tədbirlərə məruz qalması çox qəribədir”.

 

BBC

Nəzrin Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər