00:00:00
Yazar
Admin User
15.09.2025 19:29 144 1 dəq oxuma
Siyasət

Böyük Britaniyanın yeni sanksiyaları

Böyük Britaniyanın yeni sanksiyaları

Böyük Britaniya hökuməti 9 may 2025-ci ildə Rusiyanın neft ticarətinə yardım etməkdə ittiham edilən bir dövlətə məxsus tanker və beş Azərbaycan vətəndaşını sanksiyalar siyahısına əlavə edib.

 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “İnformator.az”a bildirib ki, Böyük Britaniya Rusiya ilə əməkdaşlıq edən, xüsusilə birgə sahiblikdə fəaliyyət göstərən şirkətlərə, o cümlədən neft və qaz daşımaçılığı sahəsində fəaliyyət göstərən müəssisələrə qarşı sanksiyalar tətbiq edir:

 

“Təbii ki, Azərbaycanın bəzi şirkətləri Rusiyanın müəyyən şirkətləri ilə əməkdaşlıq edir və burada Azərbaycan vətəndaşları da fəaliyyət göstərir. Böyük Britaniya tərəfindən tətbiq olunan sanksiyalar, Azərbaycan vətəndaşlarını da bu kontekstdə əhatə edib. Lakin nəzərə almaq lazımdır ki, Böyük Britaniya ümumiyyətlə Azərbaycana sanksiya tətbiq etmir və ölkəmizlə iqtisadi və siyasi tərəfdaşlıq münasibətləri yüksək səviyyədə qalır. Belə qərarlar beynəlxalq ticarətdə müəyyən çətinliklər yarada bilsə də, əsas məqsəd Rusiyaya qarşı təsir göstərməkdir. Ümumiyyətlə, Böyük Britaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycanın mövqeyi aydın şəkildə müsbətdir və sanksiyalar Azərbaycan vətəndaşlarına və ölkəyə qarşı yönəlmiş mənfi siyasət kimi qiymətləndirilə bilməz".

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər