Böyük texnologiya şirkətlərinin nüvə planları uğursuzluğa düçar ola bilər
Bu barədə BBC news xəbər bildirib:
“Texnologiya nəhəngləri – Microsoft, Google, Amazon və digərləri süni intellektin artan enerji tələbatını ödəmək üçün nüvə enerjisinə yönəlir. Microsoft “Three Mile Island” stansiyasından enerji almaq üçün müqavilə imzalayıb. Bu stansiya 1979-cu ildə ABŞ-də baş vermiş ən ciddi, lakin insan tələfatı olmayan nüvə qəzası ilə tanınır. Şirkətlər əsasən kiçik modullu reaktorlar (SMR) adlanan yeni texnologiyaya sərmayə qoyurlar. Bu reaktorlar daha az riskli və daha ucuzdur. Google “Kairos Power” ilə birlikdə 2030-cu ilə qədər 50 meqavat enerji istehsalı planlaşdırır. Lakin ekspertlər bildirirlər ki, bu texnologiya hələ yaxın illərdə süni intellektin böyük enerji ehtiyacını tam qarşılamayacaq”.
BBC news
Ayşə Natiq qızı