00:00:00
Yazar
Aysel Mirzəyeva
18.02.2026 20:16 15 2 dəq oxuma
Siyasət Özəl

“BƏƏ özünü koordinasiya mərkəzi kimi təqdim edir” - ŞƏRH

“BƏƏ özünü koordinasiya mərkəzi kimi təqdim edir” - ŞƏRH

Yunanıstan Baş naziri Kyriakos Miçotakis Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfərini təxirə salıb. Bundan əvvəl Recep Tayyip Erdogan da BƏƏ-yə səfər planında dəyişiklik edib. Rəsmi səbəblər tam açıqlanmasa da, qərarın regional və diplomatik amillərlə bağlı olduğu ehtimal edilir.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, ardıcıl təxirəsalmalar təsadüfi deyil və regionda paralel gedən diplomatik proseslərlə əlaqəlidir:

 

“BƏƏ son illər Yaxın Şərqdə və Şərqi Aralıq dənizi hövzəsində vasitəçi platforma kimi çıxış etməyə çalışır. Birləşmiş Ərəb Əmirlikləri hazırda özünü koordinasiya mərkəzi kimi təqdim edir. İstər enerji məsələləri, istər Türkiyə-Yunanıstan münasibətləri, istərsə də Rusiya-Ukrayna müharibəsikontekstində Əbu-Dabi dialoq platforması yaratmaq niyyətindədir. Bu baxımdan həm Ərdoğanın, həm də Miçotakisin səfərlərinin eyni dövrə təsadüf etməsi və sonradan dəyişdirilməsi diplomatik uzlaşma ehtimalını göstərir. Şərqi Aralıq dənizində enerji yataqları, dəniz səlahiyyət zonaları və təhlükəsizlik məsələləri Ankara ilə Afina arasında əsas müzakirə mövzularıdır. Son illərdə müəyyən gərginliklər yaşansa da, tərəflər diplomatik kanalları açıq saxlayırlar. Əgər BƏƏ platformasında mümkün görüş nəzərdə tutulubsa, bu, münasibətlərin yumşaldılması cəhdi kimi qiymətləndirilə bilər”.

 

Ramiyə Məmmədovanın fikrincə, bu dəyişiklik Yunanıstan-BƏƏ münasibətlərində ciddi problem anlamına gəlmir:

 

“Əksinə, BƏƏ həm Yunanıstanla, həm də Türkiyə ilə paralel və balanslı siyasət yürüdür. İnvestisiya, enerji və təhlükəsizlik sahələrində hər iki ölkə ilə əməkdaşlıq edir. Buna görə də səfərin təxirə salınması daha çox zamanlama və diplomatik koordinasiya məsələsi kimi dəyərləndirilir. Regionda enerji marşrutları və geosiyasi balans uğrunda rəqabət davam edir və BƏƏ bu prosesdə neytral vasitəçi rolunu gücləndirməyə çalışır. Əgər görüşlər baş tutarsa, əsas gündəm Şərqi Aralıq dənizi, enerji təhlükəsizliyi və regional sabitlik olacaq. Bu isə həm Yaxın Şərqdə, həm də Aralıq dənizi hövzəsində diplomatik balanslara təsir göstərə bilər”.


Ayşə Müzəfərli

#azərbaycan #“bəə #təqdim #yeni #edir”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər