BƏƏ Prezidenti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək barədə tapşırıq verib
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var və Azərbaycanla BƏƏ arasında uzunmüddətli uğurlu tərəfdaşlıq qurulub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, həqiqətən də, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında çox yüksək səviyyəli münasibətlər var:
“Bu münasibətlər bir yox, birdən çox sahədə özünü göstərir və inkişaf etməkdə davam edir. Son illərdə xüsusilə iki ölkənin rəhbərləri və dövlət xadimləri arasında təmasların artması, fərqli istiqamətlərdə əməkdaşlıq memorandumlarının imzalanması, əməkdaşlığın, münasibətlərin mövcud səviyyəsinin və gələcək perspektivi ilə bağlı ilkin ciddi siqnallar verir. Birləşmiş Ərəb Əmirlikləri hər zaman Azərbaycanın haqq davasında yanında olub. Həm bir müsəlman ölkə olaraq, həmçinin də beynəlxalq təşkilatlarda ədaləti müdafiə edən bir ölkə olaraq rəsmi Bakı ilə yanbayan dayanıb. Azərbaycanın ərazilərinin işğal dönəmində Azərbaycana verilən dəstək bir fərqli təqdirə layiqdirsə, işğaldan azad ediləndən sonra ərazilərimizdə Birləşmiş Ərəb Əmirliklərinin yenə dəstəyini hiss etdik. Xüsusən də, ərazilərin bərpa prosesində investisiya yatırımları məsələsi ağıllı kənd layihələrində, o cümlədən, təhsil sektorunda Birləşmiş Ərəb Əmirliklərinin investisiyaları sözün əsl mənasında hiss edilir və diqqətə layiqdir. Azərbaycanın yeni dövrün trendlərinə uyğunlaşan siyasi gedişləri, bunların ən önəmli iqtisadi yatırımlardan biri də yaşıl enerjidir. Bu da Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin və investorların diqqətini cəlb edib və əməkdaşlıqlar bu istiqamətdə genişləndirilib. Azərbaycan BƏƏ-nin həm beynəlxalq təşkilatlar səviyyəsində, həmçinin də fərdi münasibətlər səviyyəsində əlaqələrini qurur və inkişaf etdirməkdə maraqlıdır. Hesab edirəm, investisiya yatırımları ilə başqa mədəni sahədə əlaqələrin inkişafı ciddi şəkildə
müzakirə edilir. Mən burada xüsusi ilə bir məsələni qeyd etmək istəyirəm. Azərbaycanın işğaldan azad edilən ərazilərində dağıdılmış məscidlər var ki, bunların bərpası istiqamətində Birləşmiş Ərəb Əmirliklərinin yaxından əməkdaşlıq edilməsi mümkündür".
Reyhan Quliyeva
