00:00:00
Yazar
Admin User
19.09.2025 17:05 121 2 dəq oxuma
Siyasət

BƏƏ Prezidenti Gürcüstana səfər edib

BƏƏ Prezidenti Gürcüstana səfər edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Gürcüstana rəsmi səfər edib.

 

Mövzu ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirliyinin Gürcüstan, Cənubi Qafqaz dövlətləri ilə siyasi, iqtisadi əlaqələrin gücləndirilməsi regionun inkişafına yardım edəcək məsələlərdəndir:

 

“Çünki indiki halda Azərbaycanla Gürcüstan bir-birininə müttəfiq və əməkdaş ölkədir. Bu baxımdan Azərbaycan-BƏƏ münasibətləri və Gürcüstan-BƏƏ münasibətləri bir birinə rəqib deyil. Əksinə, əməkdaşlıq üçün bir-birini tamamlayır, təhlükəsizlik və sabitliyə müsbət təsir göstərir. Gürcüstan torpaqlarının bir hissəsi işğal olunsa da, ərazi bütövlüyü pozulsa da, suveren hüquqlarının təmin olunmasa da, Gürcüstan Qara dəniz sahilində yerləşən ölkədir. Yəni Dünya okeanına çıxışı var və bu ölkə gələcəkdə BƏƏ ilə dəniz yolu ilə birbaşa əlaqə saxlaya bilər və bundan əlavə Gürcüstanın turizm imkanları genişdir. Eləcə də bu ölkə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında turizm sahəsində daha çox əməkdaşlıq mümkündür və bu hər iki ölkənin əlaqələrinə, əməkdaşlığına müsbət təsir göstərə bilər. Birləşmiş Ərəb Əmirliyi ilə Gürcüstan arasında ticarətin inkişaf etməsi imkanları artır. Bu münasibətlər Cənubi Qafqazda marağı olan regiondan kənar güclərə heç bir ismarıc vermir, çünki BƏƏ-nin Rusiya ilə də, Çinlə də, ABŞ ilə də, Türkiyə və İranla da münasibətləri qənaətbəxşdir. Bu baxımdan BƏƏ-nin Cənubi Qafqazda fəaliyyəti region ölkələrinə də, regionda maraqları olan ölkələrin də xeyrinədir”.

 

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər