00:00:00
Yazar
Admin User
23.10.2025 04:51 131 1 dəq oxuma
Dünya

BƏƏ Prezidentinin müşaviri Uitkoff və Kuşner ilə Qəzzadakı vəziyyəti müzakirə edib

BƏƏ Prezidentinin müşaviri Uitkoff və Kuşner ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin milli təhlükəsizlik müşaviri şeyx Tahnun bin Zayed Al Nəhyan ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev sahibinin kürəkəni Cared Kuşner ilə atəşkəs rejiminin əldə olunmasından sonra Qəzza bölgəsindəki vəziyyəti müzakirə edib.

 

"İnformator.az"xəbər verir ki, bu barədə BƏƏ-nin WAM informasiya agentliyi məlumat yayıb.

 

İki ölkənin nümayəndələri arasında danışıqlar Uitkoff və Kuşnerin İsraildəki səfərini başa vurduqdan sonra Əbu-Dabidə keçirilib. Agentlik qeyd edib ki, görüşün iştirakçıları həmçinin ABŞ-nin prezident Donald Trampın planı çərçivəsində əldə edilmiş razılaşmanın möhkəmləndirilməsini təmin etmək üçün göstərdiyi səyləri müzakirə ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər