00:00:00
Yazar
Admin User
18.09.2025 15:52 112 1 dəq oxuma
Siyasət

BƏƏ Prezidentinin Qarabağ səfəri yeni mərhələnin başlanğıcıdır

BƏƏ Prezidentinin Qarabağ səfəri yeni mərhələnin başlanğıcıdır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Qarabağa səfəri bölgədə mühüm siyasi və iqtisadi mesaj daşıyır.


Politoloq Əziz Əlibəyli "İnformator.az" saytına açıqlamasında bildirib ki, bu səfərin bir neçə strateji əhəmiyyəti var:


“Birincisi, Qarabağ ziyarəti güclü investisiya potensialına malik ölkənin səfəridir. İkincisi, bu addım Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalın başa çatması baxımından önəmlidir. Üçüncüsü, Qarabağda erməni vandalizminin izləri beynəlxalq nümayəndələr üçün canlı eksponat rolunu oynayır. Dördüncüsü isə işğaldan azad edilmiş ərazilərə xarici sərmayələrin qoyuluşu vacibdir. Azərbaycan bu günə qədər 50 milyard dollaradək vəsait xərcləyib, amma BƏƏ kimi güclü sərmayədarın bölgəyə gəlməsi artıq yeni mərhələnin başlanğıcıdır”.


Ekspert əlavə edib ki, bu əməkdaşlıq təkcə bərpa layihələri ilə məhdudlaşmır:


“Qarabağda və bütövlükdə Azərbaycanda alternativ enerji və süni intellekt sahələrində genişmiqyaslı işlər həyata keçirilir. BƏƏ-nin iştirakı bu proseslərə əlavə dəyər qatacaq”.


Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər