00:00:00
Yazar
Admin User
19.09.2025 17:21 104 3 dəq oxuma
Siyasət

“Bütün İslam ölkələri Qətərin yanındadır”

“Bütün İslam ölkələri Qətərin yanındadır”

Bakıda İsrail və Suriyə nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüş keçirilib.


Mövzu ilə bağlı siyasi şərhçi Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin Yaxın Şərqdə apardığı müharibə bir çox ölkələrdə onların siyasətinə qarşı qıcıq yaradır:

 

“Artıq Avropa ölkələrinin bir çoxları İsrailin apardığı təcavüzkar siyasətinə görə onu təndiq edir və Fələstini tanımaq istəyirlər. Artıq BMT də İsrailin Qəzzada apardığı əmaliyyatı genosid siyasət adlandırıb. Son zamanlar İsrailin həm Suriyada, həm də digər ölkələrdə apardığı siyasətlər doğrudan da tənqidə məruz qalır və əsas da sentyabrın 10-da Qətərin Doha şəhərində HƏMAS liderləri olan binanı vurması son həddə gəlib çatıb. Bununla da bağlı 15-də Dohada Müsəlman ölkələrinin Xarici İşlər Nazirliyi və dövlət rəhbərlərinin görüşü olub və burada da İsrailin bu hərəkəti ciddi şəkildə pislənilib. Və bəyənat qəbul olunub ki, bütün İslam ölkələri Qətərin yanındadır. Əgər bir şey olarsa onlar hamısı birdən qəsbkara cavab verəcəklər və buda çox önəmlidir. Digər tərəfdən Əsəd rejimi devriləndən sonra İsrail Suriyanın obyektlərini, bir çox yerləri işarə edib və Holland təpələri də neçə vaxtdır ki, onlardadır. Baxmayaraq ki, onlar öz mövqelərini orada gücləndirməklə yanaşı həm də Suriyanın içərilərinə doğru hərəkət ediblər. Dəməşqi bombalayıblar və bütün bunlar həqiqətən də çox böyük gərginlik yaradıb. Hətta Türkiyə bir neçə dəfə veto verib ki, onlar bu məsələdə dayansınlar, ancaq dayanmayıblar”.

 

Həmçinin şərhçi qeyd edib ki, son zamanlar Türkiyənin və Azərbaycanın apardığı siyasət nəticəsində İsrail Suriya ilə danışıqlara başlayıb:

 

“İsrail istəyir ki, Suriya ilə münasibətlər qaydaya düşsün, ancaq Suriya üzərindən İrana hava yolu açıq qalsın. Bu görüş zamanı Bakıda İsrail və Suriya nümayəndələri bu barədə məsələləri müzakirə ediblər. Niyə məhz Azərbaycanda keçirilib bu görüş? Çünki Azərbaycan birincisi sabit təhlükəsiz ölkədir, ikincisi də hər iki ölkə ilə münasibətləri yaxşıdır. Azərbaycan Prezidenti Suriya Prezidenti ilə görüşməsi və həm də bildirir ki, biz Türkiyənin yanındayıq, Suriyada nə lazım olsa biz də kömək edəcəyik. Və bu nöqteyi-nəzərdən burada keçirilməsi həm Bakı üçün bir qiymətli məsələdir, həm də hər iki ölkə arxalandığı bir ölkə olan Azərbaycan da keçirilməsi onların hər ikisi üçün çox vacibdir. Hesab edirəm ki, Suriya ilə İsrail arasında sülhün yaranması həm Türkiyənin can atdığı məsələdir, həm də İranın istədiyi məsələdir. Suriyada Əsəd rejimi devriləndən sonra orada Türkiyənin dəstəyi vacib idi. İsrail Suriyaya hücum edəndə ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ərdoğan mənim dostumdur, o yaxşı prezidentdir, mən ona deyərəm, sən onla danış, yəni Türkiyə ilə məsləhətləş. Lakin görürük ki, İsrail Türkiyəni görməzdən gəlir və onla məsləhətləşmək istəmir. Təbii ki, İsrail Suriya Bakıda aparılan danışıqlar hamısı burada həll olunan deyil, ancaq hesab edirəm ki, buda növbəti bir etabdır. Burada müəyyən razılığa gəlinsə Yaxın Şərqdəki yox, Suriyadakı gərginliyi azalda bilər, gələcəkdə də Türkiyə İsrail arasındakı qarşıdurma səngiyə bilər”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər