"Bütün müttəfiqlərin hədəfləri qəbul edib"
NATO Baş katibi Mark Rutte İspaniyanın da daxil olduğu bütün müttəfiqlərin yekun bəyanatı və yeni imkan hədəflərini qəbul etdiyini bildirib.
NATO Baş katibi Mark Rutte sabah sabah Niderlandın Haaqa şəhərində başlayacaq iki günlük NATO Zirvəsi ərəfəsində mətbuat konfransı keçirib.
“Güvənliyimizə yönəlmiş ciddi və artan çətinliklərlə üzləşdiyimiz tarixi bir anda bir araya gəlirik”,– deyə Rutte bildirib və əlavə edib: “Dünya daha təhlükəli olduqca, müttəfiq liderlər kollektiv müdafiəmizi gücləndirmək, NATO-nu daha güclü, daha ədalətli və daha ölümcül bir ittifaqa çevirmək üçün cəsarətli qərarlar qəbul edəcəklər. Müttəfiqlər bu həftə müdafiə sərmayələri üçün meyarları ümumi daxili məhsulun (ÜDM) 5 faizinə qaldıran yeni böyük müdafiə sərmayə planını təsdiqləyəcəklər”,– deyə qeyd edib.
Rutte, həmçinin, Ukraynadakı müharibəyə ədalətli və davamlı bir son vermək üçün səylərin və Ukraynaya dəstəyin diqqət mərkəzində qalacağını bildirib.
Baş katib qeyd edib ki, NATO bir milyard vətəndaşının təhlükəsizliyini təmin etmək üçün hava hücumundan müdafiə imkanlarını beş dəfə artırmağa, minlərlə tank, zirehli texnika və milyonlarla artilleriya mərmisi əldə etməyə çağırış edir.
Rutte, zirvənin Ukrayna, Asiya-Sakit okean regionundakı NATO tərəfdaşları və Avropa İttifaqı (Aİ) rəhbərliyi ilə qarşılıqlı əlaqə imkanı yaradacağını vurğulayıb.
İspaniyanın 5 faiz hədəfinə etiraz edərək istisna aldığını açıqlaması və ABŞ prezidenti Donald Trampın bu məsələdə razı olub-olmadığı sualına cavab olaraq Rutte belə deyib: “Bütün müttəfiqlər bəyanatı qəbul etdilər və bütün müttəfiqlər imkan (hədəflərini) qəbul etdilər”.
Rutte əlavə edib: “Reallıq budur ki, İspaniya bu hədəflərə 2,1 faizlə çata biləcəyini düşünür. NATO buna tamamilə inanır. NATO, İspaniyanın ümumilikdə 3,5 faiz xərc çəkməli olduğuna tam əmindir. Buna görə də hər bir ölkə artıq öz xərcləmələri və hədəflərə çatmaq baxımından gördüyü işlər barədə mütəmadi olaraq hesabat verəcək və artıq bu barədə nəzərdən keçirmə aparılacaq”.
TRT XƏBƏR
Lalə Qurbanlı