00:00:00
Yazar
Admin User
04.12.2025 17:56 131 2 dəq oxuma
Siyasət

“BƏƏ yaxşı anlayır ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır”

“BƏƏ yaxşı anlayır ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır”

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)–Azərbaycan əlaqələri iki dost ölkə arasında möhkəm dostluğu əks etdirir, qarşılıqlı hörmət və ortaq maraqların təmin olunmasına əsaslanır, həmçinin ortaq maraq kəsb edənən mühüm beynəlxalq məsələlərdə birgə mövqelərin formalaşdırılmasını təmin edir.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan müxtəlif ölkələrlə dostluq və əməkdaşlıq şəraitində münasibətləri inkişaf etdirir:


"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə öz bölgəsində kifayət qədər güclü və nüfuzlu bir dövlətdir. Bu ölkə həm güclü enerji resurslarına, həm də İslam Əməkdaşlıq Təşkilatında önəmli mövqeyə malikdir. Eyni zamanda, BƏƏ-nin diplomatik imkanları və geniş manevr qabiliyyəti də mövcuddur. Bu baxımdan BƏƏ-nin Bakı ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir. BƏƏ yaxşı anlayır ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır. Azərbaycanla əlaqələri inkişaf etdirmədən bu regionda böyük layihələr həyata keçirmək mümkün deyil. Buna görə BƏƏ Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu əlaqələr iki ölkə arasında daha da inkişaf edir. Azərbaycan da bu əlaqələrin genişlənməsində maraqlıdır. Əməkdaşlıq əsasən iki istiqamətdə ikişaf edir. Birincisi, ikitərəfli əməkdaşlıq çərçivəsində enerji və investisiya layihələri, ikincisi isə beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqdır.
Hazırda Qarabağda aparılan bərpa və yenidənqurma işləri BƏƏ üçün potensial investisiya imkanları yaradır. Bu ölkədən olan zəngin iş adamlarının Azərbaycana sərmayə yatırması üçün münbit şərait var. Həmçinin, turizm sahəsində də əməkdaşlıq mövcuddur. BƏƏ-dən Azərbaycana çoxlu sayda turist gəlir, eləcə də azərbaycanlılar tez-tez Dubaya səfər edirlər. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də BƏƏ hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və siyasi-diplomatik əlaqələr bu istiqamətdə də yüksək səviyyədə inkişaf etdirilir".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər