00:00:00
Yazar
Admin User
16.10.2023 14:18 431 1 dəq oxuma
Sosial

Bağça müəllimləri də sertifikasiya imtahanlarına cəlb olunmalıdırmı?

Bağça müəllimləri də sertifikasiya imtahanlarına cəlb olunmalıdırmı?

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam edir. Bir çox insanlar bu suala cavab axtarır. Bəs bağça müəllimləri də sertifikasiya imtahanlarına cəlb olunmalıdırmı?İnformator.az saytı bu mövzuda təhsil eksperti Qoşqar Məhərrəmovun fikirlərini öyrənib.

 

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, tədrislə məşğul olan hər kəs öz işini bilib-bilməməsinə görə yoxlanmalıdır.

 

“Xüsusilə, Azərbaycanda diplomun çox asanlıqla alındığı dövrdən keçmişik. Ona görə də o diplomun lazımi olan bilikləri yoxlanılmalıdır".

 

Ekspert qeyd edir ki, kimliyindən asılı olmayaraq hər kəs sertifikasiyadan keçməlidir.

 

“Məktəbəqədər müəssisələrdə istər müəllim, istər direktor müavini, istərsə də, direktor olsun, hər kəs nəzarətə alınmalı, imtahanla prosesə cəlb edilməli, sertifikasiyadan keçməlidir. Eyni zamanda işə nəzarət mexanizmi də qurulmalıdır. Əks halda arzulanmayan hallar yaşanır, yaşanacaq”.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər