00:00:00
Yazar
Admin User
14.07.2025 10:08 158 1 dəq oxuma
Sosial

Bağçalarda tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulunun tarixi açıqlanıb

Bağçalarda tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulunun tarixi açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi iyulun 29-da başlayacaq.

 

Bu barədə "İnformator.az"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Namizədlər sözügedən tarixdə saat 11:00-dan 4 avqust saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər