00:00:00
Yazar
Admin User
11.12.2025 13:24 117 2 dəq oxuma
Siyasət

BAKI-BAĞDAD MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏDƏ

BAKI-BAĞDAD MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏDƏ

Azərbaycan və İraq arasında konsulluq əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Bağdad şəhərində keçirilən ikinci konsulluq məsləhətləşmələrində iki ölkənin Xarici İşlər Nazirlikləri viza rejiminin sadələşdirilməsi və vətəndaşların hüquq və azadlıqlarının qorunması məsələlərini müzakirə ediblər. Görüş zamanı həmçinin ikitərəfli müqavilə bazasının təkmilləşdirilməsi, konsulluq yardımının gücləndirilməsi və miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi mövzularında fikir mübadiləsi aparılıb. Bu addım Azərbaycan–İraq münasibətlərində yeni əməkdaşlıq imkanlarını açır və iki ölkə vətəndaşları üçün səfərləri daha rahat hala gətirəcək.

 

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan - İraq münasibətlərinin qədim və güclü tarixi olub:

 

"Yeri gəlmişkən, son illərdə İraqdan Azərbaycana xeyli turist gəlir ki, bu da mədəni əlaqələrin inkişafı baxımından çox sevindiricidir. Ən önəmlisi isə İraqda yaşayan azərbaycanlıların - İraq türkmənlərinin mövcudluğudur. Onlar Səfəvilər dövründən daha əvvəl bu ərazilərdə məskunlaşıb və bizim bir parçamızdır. Siyasi və iqtisadi münasibətlərə gəldikdə isə, məlumdur ki, İraq böyük neft ölkəsidir. Kərkük və Yumurtalıq bölgələri, eləcə də Türkiyənin Ceyhan limanı bu prosesin mühüm hissəsidir və bəzi hallarda inteqrasiya perspektivləri də müzakirə olunur. Azərbaycanın kommunikasiya və enerji xətlərinin Avropaya çıxışı kontekstində bölgədəki siyasi vəziyyət bu əməkdaşlığa təsir göstərə bilər".

 

Politoloq həmçinin qeyd edib ki, region baxımından İraqı yaxşı tanıyan ölkələrdən biri Azərbaycandır və tarixi-dini münasibətləri nəzərə alaraq bu əlaqələri ehtiyatla və düzgün ifadə edilməsi vacibdir:

 

"Azərbaycan - İraq münasibətlərinin inkişafı müəyyən mənada Azərbaycan- İran münasibətlərinə də təsir göstərə bilər. Bundan əlavə, güclü turist axınının müşahidə olunması mümkündür və İraqda Azərbaycan Ordusuna qarşı geniş populyarlıq mövcuddur".

 

 

Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər