Bakı Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq
Mədəniyyət naziri Adil Kərimli BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri ilə Bakıda keçiriləcək 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığı müzakirə edib. Görüşdə həmçinin martda keçiriləcək XIII Qlobal Bakı Forumunun əhəmiyyəti və mədəni diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri vurğulanıb.
Mövzu ilə bağlı beynəlxalq əməkdaşlıq şöbəsi ,beynəlxalq təşkilatlarla əməkdaşkıq sektorunun müdiri Araz Bağırlı “İnformator.az”a açıqlamasında bildirib ki, VII Ümumdünya Mədəni Dialoq Forumunun əsas mövzusu ortaq gələcək naminə dialoq, parçalanmış dünyada körpülər qurmaq olacaq:
“Forumun oktyabrın sonunda keçirilməsi nəzərdə tutulur. Müasir dünyada mədəni dialoq və sülh heç vaxt olmadığı qədər vacibdir. Beynəlxalq mühit dəyərin geosiyasi gərginliklərlə yanaşı, həm də mədəni, ideoloji dəyərlər səviyyəsində də parçalanmaya məruz qalır və bu forum belə bir dövrdə keçirilir. Bu kontekstdə dialoq qarşıdurmaların aradan qaldırılmasına yönəlmiş texniki vasitə kimi deyil, həm də əsas fərqli mədəniyyət və cəmiyyətlərin birgə mövcudluğunu və mümkün fundamental dəyərlərin gücləndirilməsini hədəfləyir. Bu mövzu dialoq, insan ləyaqəti, mədəni müxtəlifliyə hörmət və ortaq mədəniyyət anlayışlar qlobal miqyasda etimadın bərpasına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Ortaq gələcək anlayışı beynəlxalq ictimaiyyət üçün dəyərlərə əsaslanan yanaşmanın vacibliyini vurğulayır və metariyalıq qlobal sabitliyin əsas dayağı kimi təqdim edir”.
Mələk Hüseynova