Bakı məktəblərində kağız jurnallar ləğv edilir
Son zamanların gündəmini zəbt edən məsələlərdən biri də təhsil müəsisələrində kağız jurnalların ləğv edilməsi ilə bağlıdır. Bütün proses yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılacaq.
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “İnformator.az”a açıqlamasında bildirib ki, ölkəmizdə 2008-ci ildən etibarən elektron hökümət sisteminə keçid edilir:
“Müəyyən elektron sistemlər mövcuddur. İstər Azərbaycanda istərsə də dünya ölkələrində elektron sistemin tətbiqi bu günün tələbləridir.
Rəqəmsal məktəb platfotması keçən ildən tətbiq olunmağa başlayıb. Ancaq tam tətbiq oluna bilmədi. Nəticə etibarı ilə dekabr ayından kağız jurnallar yazılmağa başlandı. Bu məktəblərin işində çox ciddi problemlər yaratdı.
Bakı şəhəri təhsil idarəsinin tərkibində 350-yə yaxın məktəb var, və ölkənin ən aparıcı təhsil idarəetmə orqandır. Ölkədə işləyən hər beş müəllimdən biri Bakı şəhəri tabeçiliyində olan məktəblərə aiddir. Oxuyan hər üç şagirddən biri Bakı şəhəri tabeçiliyində olan məktəblərdə təhsil alır.
Rəqəmsal məktəb platformasında ən çox istədiyimiz şey üz tanıma sisteminin qurulmasıdır. Yəni davamiyyət məsələsi bir dəfəlik bitsin, yəqinki biz bir həftə sonra biləcəyik ki, rəqəmsal məktəb platformasında üz tanıma var ya yox. Şagird məktəbə gələndə, daxil olanda və yaxud da çıxanda bunları bilən sistem olacaqmı? Bunlar üçün müəyyən aparatlar lazımdır, onlar isə quraşdırılmayıb. Bu çox önəmli şərtdir. Yaxud da bilirsiniz ki, direktorlarda “ölü canlar” deyilən kartlar olur. Bu bütün məktəb direktorlarına aid olmasa da reallıqdır.
Bu sadəcə kağız yollarının ləğvi deyil, əgər düzgün tətbiq olunarsa məktəblərdə olan bir çox neqativ halların aradan qalxmasında da çox böyük kömək olacaq.
Çox təssüf olsun ki, məktəblərdə bütün sənədləşmələr ləğv olunub,məsələn əmr kitabları dayandırılıb və ya digərləri.. Təbii ki, doğru hal deyil.Biz artıq öyrəşmişik təhsildə müsbət bir dəyişiklik olduqda o çox səriştəsiz,kor təbii həyata keçirilir. Həmin o müsbət dəyişiklik sonda mənfi nəticələrlə yadda qalır. Əslində məqsəd inkişafa doğru irəliləməkdir. Görünən odur ki, bu dəyişiklikləri edənlərin özlərinin təhsillə bağlılığının olmaması çox mənfi nəticələrə gətirib çıxarır,
Düşünürəm ki, rəqəmsal məktəb platforması uğurla tətbiq olunacaq, keçən tədris ilində buraxılmış nöqsanlar,sistemin çökməsi,baş vermiş uğursuzluqlar təkrarlanmayacaq. Ən əsası rəqəmsal məktəb platforması tətbiq olunan bütün məktəblərdə üz tanıma sistemi mövcud olacaq və şagirdlədin davamiyyətinə yerli,təhsil idarəetmə orqanları nəzarət edəcək”.
Həlimə Əliyeva
