00:00:00
Yazar
Admin User
04.06.2025 18:47 276 1 dəq oxuma
Siyasət

Bakı-Təbriz reysi bərpa oluna bilər

Bakı-Təbriz reysi bərpa oluna bilər

Azərbaycan və İran Prezidentlərinin telefon danışığında Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması müzakirə olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb.

Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

 

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər