00:00:00
Yazar
Admin User
18.08.2025 12:03 95 1 dəq oxuma
Siyasət

Bakı xəbərdarlıq edib,Kreml SOCAR-ı qəsdən vurub, nəticə...

Bakı xəbərdarlıq edib,Kreml SOCAR-ı qəsdən vurub, nəticə...

Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini qəsdən hədəf seçib. Kreml Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığından narahatdır, bunu əngəllməyə çalışır. Ancaq SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinin hədəf alınmasının Kreml üçün əks-effekti olacaq. Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib:

 

“Təsadüfi deyil ki, Rusiya Odessada SOCAR-ın yanacaq mərkəzini birinci dəfə raketlə vurduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenski ilə telefonla danışaraq Ukraynaya əlavə olaraq 2 milyon dollar yardım ayırdığını bildirdi. Bu vəsait hesabına Azərbaycandan Ukraynaya elektrik trasformatorları göndərildi. Rəsmi Bakı Kremli xəbərdar etmişdi ki, Rusiya növbəti dəfə də SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə zərbə endirsə, Azərbaycan Ukraynaya silah və hərbi texnika yardımına qoyduğu embarqonu ortadan qaldıra bilər. Kreml rəsmi Bakının xəbərdarlığını nəzərə almayaraq SOCAR-ın yanacaq mərkəzinə yenə zərbə endirmək qərarını veribsə, belə olan halda Azərbaycan Ukrayna ilə hərbi sahədə də əməkdaşlıq mövzusunu müzakirəyə çıxara bilər. Rusiyanın SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə vurduğu raket zərbələri Azərbaycanla münasibətlərin normallaşması imkanlarını heçə endirir, tam əksinə, gərginlik daha da artır. Demək, Kreml Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər