Bakıda 40 dərəcə isti var
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
"İnformator.az"ın Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata əsasən, ölkə ərazisində isti hava şəraiti davam edib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-33, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-də 37-41 dərəcə isti qeydə alınıb.